12px13px15px17px
Tarix:10/01/19

Dünyada ilk elastik smartfon nümayiş etdirilib

8-11 yanvar tarixlərində Las-Veqasda keçiriləcək “CES 2019” sərgisində “Royole” startapı “FlexPai” adlı bükülən smartfonunu nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “The Verge” nəşrinin jurnalisti smartfonun işləməsini bəyənməyib. O, çoxlu sayda işləməyən proqramdan ibarət olan dəhşətli proqram təminatını qeyd edib. Smartfon açılıb-bağlandıqda ləng işləyir və donur, ekranda qəribə qaralma və rəngli zolaqlar peyda olur. Həmçinin jurnalist kameranın bərbad işləməsini tənqid edib.
 
Bununla belə, bu aparat dünyada ilk elastik smartfondur və Çində 1320 dollara satılır.
 
“Royole FlexPai” smartfonu 308 ppi sıxlıq,1920 x 1440 piksel təsvir ölçülü 7.8 düymlük OLED displey, “Qualcomm Snapdragon 855” prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128 və ya 256 QB-lıq daxili fləş yaddaş, 16 və 20 meqapiksellik kameralar, 3800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
 
Emil Hüseynov






Baxış sayı: 142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2021

21/01/21
“6G” texnologiyasının üstünlükləri bəlli olub

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. 

21/01/21
“Google” servisli ilk “Honor” smartfonu məlum olub

“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. Bu barədə “Mobiltelefon”

21/01/21
Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İ

21/01/21
“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

“Microsoft” korporasiyası ABŞ-ın “General Motors” konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul

21/01/21
Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək

“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

21/01/21
“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1”

20 01 2021