12px13px15px17px
Tarix:14/01/19

Yeni “iPhone” modelləri “Wi-Fi 6” standartını dəstəkləyəcək

“Barclays” şirkətinin analitiki Bleyn Kertis bu il buraxılacaq yeni “iPhone” smartfonlarının “Wi-Fi 6” standartını dəstəkləyəcəyini bildirib. Yeni standart həmçinin “802.11ac” standartını əvəzləyən “802.11ax” kimi tanınır.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, yeni standart məlumatların yüksək sürətlə ötürülməsini, çətin vəziyyətlərdə, məsələn, konsert və idman tədbirlərində daha yaxşı məhsuldarlığı, eləcə də qoşulmuş qurğuların akkumulyatorlarının enerjisinə qənaət üçün yüksək enerji səmərəliliyini təmin edəcək. Bunların hamısı “802.11ax” standartını dəstəkləyən marşrutlayıcı sayəsində mümkün olacaq. Hazırda satışda belə marşrutlayıcıların sayı az olsa da, 2019-cu ildə “Wi-Fi 6” dəstəkli daha çox yeni modellərin buraxılacağı gözlənilir.

“Apple” qurğulara “802.11ac” standartının dəstəklənməsini tətbiq edən ilk şirkətlərdən olub, bu səbəbdən yeni “iPhone” modellərində “802.11ax” dəstəyinin quraşdırılacağı təəccüb doğurmur.

Bundan başqa, 2019-cu ildə buraxılacaq “iPhone  modelləri beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyəcək.

Nizam Nuriyev





Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024