12px13px15px17px
Tarix:04/11/11

9 ay ərzində rabitəçi idmançılar 19 qızıl, 15 gümüş və 37 bürünc medala layiq görülüblər

Əvvəlki illərdə olduğu kimi 2011-ci ilin 9 ayı ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən idmanın inkişafına yaxından köməklik göstərilməsi məqsədi ilə “Rabitəçi” İdman Klubuna 405.5 min manat vəsait ödənilib.

İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək 19 qızıl, 15 gümüş və 37 bürünc medala layiq görülüblər.

Eyni zamanda, “Rabitə Bakı ” voleybol komandası 2010/2011 Azərbaycan Çempionatının I və II dövrələrinin nəticələrinə görə birinci yeri tutaraq, ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olub.

Eyni zamanda qeyd edək ki, Qətərin paytaxı Doha şəhərində keçirilmiş Dünya çempionatında “Rabitə Bakı” voleybol komandası bütün rəqiblərini məğlub edərək Dünya çempionu olub.



Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024