12px13px15px17px
Tarix:15/01/19

Böyük elektronika istehsalçıları “8K” Assosiasiyası yaradıblar

İri texnika istehsalçıları “8K” təsvir ölçüsünün inkişafı üçün birləşərək “8K Association” adlı assosiasiya təsis ediblər. Assosiasiyaya “Samsung”, “TCL”, “Hisense”, “Panasonic” şirkətləri, eləcə də əsas “8K” panel tədarükçüsü “AU Optronics” daxildir.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, təşkilatın məqsədi alıcıları “8K” ilə tanış etmək, “8K” kontenti və onu göstərən qurğuların həcmini genişləndirmək, kontent tədarükçülərini “8K” təsvir ölçüsündən istifadəyə sövq etmək, yerli avadanlıq istehsalı bazarları üçün kontent yaratmaq, “8K” qurğuları və siqnal qəbulu üçün minimal texniki tələblər hazırlamaq, eləcə də qurğuları kateqoriyalara ayırmaqdır.

İştirakçıların fikrincə, assosiasiyanın yaradılması “8K” standartının inkişafını və gündəlik həyata tətbiqini sürətləndirməyə imkan verəcək.

Qeyd edək ki, “8K” təsvir ölçüsü (7680×4320 piksel) göstərmə dəqiqliyinə görə “Full HD” (1920×1080 piksel) formatını 16 dəfə üstələyir.

Nizam Nuriyev





Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024