12px13px15px17px
Tarix:04/11/11

İsveçdə yaşayan azərbaycanlılar veb-səhifə yaradıb

İsveç Krallığında yaşayan azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə bu ölkədə yaşayan bir qrup azərbaycanlı bir araya gələrək “www.swedenaz.se” adlı veb-səhifə yaradıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İsveçin həyat tərzi, səhiyyə, təhsil, biznes, dil, dövlət orqanları və başqa sahələri əhatə edən veb-səhifənin təqdimat mərasimində çıxış edən Əkbər Səfərli layihənin yaranma səbəbləri və məqsədi barədə məlumat verib.

Layihənin müəllifi kinorejissor Rahim Sadıqbəyli veb-səhifənin xəritəsi, forumu və ayrı-ayrı bölümləri barədə danışıb. O, tərcümələrdə və texniki məsələlərdə dəstək olan Rauf Səfərliyə, Leyla Kianiyə, Babək Azəriyə, Vüsal Əliyevə təşəkkürünü bildirib.

Rahim Sadıqbəyli layihənin İsveç Krallığının Xarici İşlər Nazirliyinə təqdim olunduğunu nəzərə çatdırıb, “www.swedenaz.se” səhifəsinin İsveçdə və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların İsveç Krallığı haqqında daha geniş bilgilərə sahib olmalarına yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb. Tədbirdə İsveç Azərbaycanlıları Konqresinin İdarə heyəti və Konqres üzvləri iştirak edib.



Baxış sayı: 3789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024