12px13px15px17px
Tarix:28/01/19

Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur

Müasir smartfonlar çoxlu sayda komponentlərdən ibarətdir və onların istehsalı üçün ən müxtəlif kimyəvi elementlər istifadə olunur. Alimlərin sözlərinə görə, həmin kimyəvi elementlərin bəziləri məhdud saydadır, hətta bəziləri tükənmək üzrədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon istehsalında təxminən 30 kimyəvi elementdən istifadə olunur. Bu kimyəvi elementlərin bəziləri təbiətdə olduqca məhdud saydadır.
 
"Dünyada mövcud olan kimyəvi elementlərin hər biri məhdud saydadır və biz bu ehtiyatı çox sürətlə istifadə edirik, buna görə 100 ildən də az bir müddətdə hansısa kimyəvi element tükənəcək" – Şotlandiyanın “Sent-Endryus” universitetinin alimi Devid Koul-Hamilton deyib.
 
Alimlər təbiətdə müxtəlif kimyəvi elementlərin tükənməsinin qarşısını almaq üçün insanları köhnə telefonları vaxtında utilizasiya etməyə səsləyiblər. Məlumata görə, Avropa Birliyi ölkələrində hər ay təxminən 10 milyon smartfon tullanılır və ya əvəz olunur.
 
Emil Hüseynov





Baxış sayı: 405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024