12px13px15px17px
Tarix:28/01/19

Müsəlmanlar üçün ilk brauzer təqdim olunub

Malayziyanın “Salam Web Technologies” startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, proqramın yaradıcılarının fikrinə görə, “SalamWeb” brauzeri internetdə mədəni sörfinq üçün nəzərdə tutulub. Brauzerə quraşdırılmış bir neçə filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır. Məsələn, brauzer pornoqrafiya və qumar oyunlarından ibarət saytları istifadəçidən gizlədir. “SalamWeb” brauzeri bütün populyar platformalarda (“Windows”, “Mac”, “iOS” və “Android”) əlçatandır.
 
Hazırda “SalamWeb” brauzeri əsasən Malayziya və İndoneziyada yaşayan müsəlmanlar üçün nəzərdə tutulub. Şirkət gələcəkdə dünyada yaşayan müsəlmanların 10%-ni əhatə etmək niyyətindədir. “Bloomberg” nəşrinin qiymətləndirməsinə görə, hazırda dünyada təxminən 1,8 milyard müsəlman yaşayır.
 
Emil Hüseynov





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024