12px13px15px17px
Tarix:30/01/19

“Google” və “Gmail” servislərinin fəaliyyətində qlobal nasazlıq yaranıb

“Google” axtarış sistemi və “Gmail” servisinin fəaliyyətində qlobal nasazlıq yaranıb. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, problemlə üzləşən əksər istifadəçilər Braziliya, Böyük Britaniya, İtaliya, Niderland, ABŞ və Yaponiyada qeydə alınıb.

“Gmail” poçt servisi istifadəçilərinin 40 faizi login və parolun daxil edilməsində problemlərlə rastlaşıb, daha 33 faiz məlumatları ala və göndərə bilməyib, 25 faiz servisin veb-səhifəsinin işindən şikayətlənib.

“Google” istifadəçilərinin əksər hissəsi (60 faiz) avtorizə ilə bağlı problemlərdən şikayətlənib, şikayətlərin 38 faizi isə axtarış sisteminin işləməsi ilə əlaqədardır.

Nizam Nuriyev





Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024