12px13px15px17px
Tarix:31/01/19

“Huawei” və “Honor” şirkətləri televizor istehsal edəcəklər

Çinin “Huawei” şirkəti və onun “Honor” subbrendi 2019-cu ildə “ağıllı” televizorlar buraxacaq. Bu barədə ölkənin “CNBeta” resursunun məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, ilk “Honor” “ağıllı” televizoru apreldə, ilk “Huawei” smart TV-si isə ilin ikinci yarısında təqdim ediləcək. İstehsal xəttinə 65 düym diaqonallı və daha böyük modellər daxil olacaq. “Honor” televizorlarının qiymətinin ucuz olacağı və yalnız internet mağazalarında satılacağı gözlənilir.

Bildirilir ki, “Huawei” artıq “Əşyalar interneti” istiqaməti çərçivəsində televizor bölməsi üçün 200-300 nəfərdən ibarət mütəxəssislər qrupu yaradıb. Şirkət nümayəndələrinin sözlərinə görə, 4K və 8K təsvir ölçülü televizorların populyarlaşması 4K və 8K kontenti üçün tələbatı artıracaq.

Nizam Nuriyev





Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024