12px13px15px17px
Tarix:01/02/19

Yeni düyməli “Nokia” telefonu internetə qoşulacaq

Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında Finlandiyanın “HMD Global” şirkətinin rəsmən təqdim etmədiyi yeni “Nokia” telefonu barədə məlumat dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, “TA-1139” nömrəli model internetə çıxışa və kameraya malik adi düyməli telefondur.

Telefon 240 x 320 piksel təsvir ölçülü 2,4 düym diaqonallı TFT ekran, işıqlandırıcıya malik 3 meqapikselli arxa kamera, 8 meqabaytlıq operativ və 16 meqabaytlıq quraşdırılmış yaddaş, 1020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Adi telefon tam enerji topladıqdan sonra bir həftəyədək işləyə biləcək.

Bundan başqa, yeni qurğuda FM radiosu, MP3 pleyer və 32 giqabayt tutumlu “microSD” formatlı yaddaş kartları üçün çıxış nəzərdə tutulub. Telefonun çəkisi 83,6 qram, ölçüsü 120,8 x 53,49 x 13,82 təşkil edir.

Qırmızı, boz və qara rəng variantlarında təqdim ediləcək yeni “Nokia” telefonunun rəsmi təqdimatı fevralın 25-28-də Barselonada (İspaniya) keçiriləcək “MWC 2019” sərgisində gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024