12px13px15px17px
Tarix:02/02/19

"Ağıllı" lampanın köməyi ilə “Wi-Fi” texnologiyasına müdaxilə üsulu aşkar edilib

Haker "ağıllı" lampalarda boşluq aşkar edib. Sözügedən boşluq "Wi-Fi" texnologiyasına qoşulma məlumatlarını öyrənməyə imkan verir. Bu haqda "Motherboard" nəşri məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, haker sınaq üçün təxminən 25 dollar dəyərində "LIFX mini white"  lampasından istifadə edib. O, lampadan çipi çıxardıb.
 
Bundan sonra çipi USB portu vasitəsilə başqa qurğuya qoşub. Mütəxəssisin sözlərinə görə, lampanın çipindəki bütün məlumatlar şifrlənməmiş vəziyyətdə saxlanılır və hər hansı təhlükəsizlik sazlaması yoxdur, lampaya qoşulmaq və onun keçmiş sahibinin "Wi-Fi" parolunu öyrənmək mümkündür.
 
Məlumata görə, bundan sonra lampa istehsalçıları təhlükəsizlik sistemini təkmilləşdirib və boşluqları aradan qaldırıblar.
 
"Ağıllı" lampalar – əlavə sensor və modullarla təchiz edilmiş işıqlandırma cihazıdır və onu "Wi-Fi" vasitəsilə idarə etmək mümkündür.
 
Emil Hüseynov




Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024