12px13px15px17px
Tarix:07/02/19

Ən təmiz işıq şüası yaradılıb

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri kosmosda istifadə ediləcək işıq şüası yaradıblar. Texnologiya vasitəsilə lazer işıq dəstəsini təmizləmək mümkün olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, alimlər tərəfindən təmizlənmiş lazer şüası buraxan xüsusi daşınan aparat hazırlanıb. Aparat kiçik qabaritlərinə və istifadə sadəliyinə görə fərqlənir. İşıq dəstəsini dəyişməyə məcbur edən dalğa uzunluğunda fərqə görə Yer kürəsi şəraitində tam təmizlənmiş işıq əldə etmək mümkün deyil. Bununla əlaqədar olaraq ali məktəb mütəxəssisləri işıq dəstəsini tam təmizləmək üçün lazer şüasını kosmosa göndərmək qərarına gəliblər.

Bildirilir ki, alimlər tərəfindən hazırlanan lazer xəttinin eni 20 hers təşkil edir. Müasir lazerlərin adi xəttinin eni isə 1-10 min hersə bərabər olur. Alimlər qurğunun hazırlanmasında 2 metr optik lifdən istifadə ediblər. Gələcəkdə onlar Yer orbitinə yerləşdiriləcək daha böyük aparatlar yaratmağı planlaşdırırlar.

Mütəxəssislərin hazırladığı dalğa ötürücüləri bir-biri ilə toqquşmaya yaxın olan “qara dəliklər” axtaran qurğu kimi istifadə oluna bilər. Onlar qurğu tərəfindən oxunacaq xüsusi dalğalar buraxırlar.

Nizam Nuriyev





Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024