12px13px15px17px
Tarix:07/02/19

Spartakiadada şahmat yarışına yekun vurulub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatının və qurumlarının əməkdaşlarının iştirakı ilə baş tutan spartakiada çərçivəsində növbəti olaraq şahmat yarışı keçirilib.

Yarışın nəticələrinə görə, komanda hesabında I yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası, II yerə “Aztelekom” MMC-nin komandası, III yerə Nəqliyyat, Rabitə və Yüksək Nazirliyinin aparatının komandası layiq görülüb.

Şəxsi hesabda kişilər arasında birinciliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Rəsulov Anar, ikinciliyi “Azərpoçt” MMC-nin əməkdaşı Əlimərdanov Vüqar, üçüncülüyü “Aztelekom” MMC-nin əməkdaşı Zeynalov Elçin əldə edib.

Şəxsi hesabda qadınlar arasında I yeri “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşı Kərimova Lalə, II yeri  Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əmrahova Esmira, III yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Nəbiyeva Mehriban tutub.

Qeyd edək ki, hazırda idman spartakiadası çərçivəsində voleybol oyunları keçirilir.




















Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024