12px13px15px17px
Tarix:08/02/19

“iOS” sistemi üçün “FaceTime” proqramında aşkar edilmiş səhvi aradan qaldıran yeniləmə çıxarılıb

ABŞ-ın “Apple” korporasiyası tərəfindən “iOS 12” mobil əməliyyat sistemi üçün çıxarılmış yeniləmə səsli və videozənglər üçün “FaceTime” mobil proqramında kənar şəxslərə başqa istifadəçilərin danışığına qulaq asmağa imkan verən səhvi aradan qaldırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, şirkətin saytında dərc edilmiş məlumatda deyilir ki, 12.1.4 nömrəli yeniləmə, həmçinin, “FaceTime” proqramında iki səhvi aradan qaldırır. Onlardan biri qrup zəngləri funksiyasına aiddir. Həmçinin “Mac” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərdə analoji səhvi aradan qaldıran yeniləmə çıxarılıb.
 
Sazlamalar bölməsində müvafiq funksiyanı aktivləşdirərək sözügedən yeniləməni quraşdırmaq mümkündür.
 
Emil Hüseynov





Baxış sayı: 433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024