12px13px15px17px
Tarix:09/02/19

“Google” yeni şifrləmə protokolu təqdim edib

"Google" şirkəti ucuz smartfonlar üçün nəzərdə tutulan yeni "Adiantum" məlumat şifrləmə protokolunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, şirkətin ideyası ondan ibarətdir ki, ucuz smartfonlar az məhsuldarlığa malik ucuz əməliyyat sistemlərinə əsaslanır və onlar üçün "AES" şifrləməsi çətinliklər yaradır.

Məlumata görə, "Adiantum" məhz belə smartfonlarda "AES" standartını əvəz edəcək. Bundan başqa, yeni protokol yüksək məhsuldarlıqlı prosessora malik olmayan digər istehlak qurğularında, məsələn, "ağıllı" saat, televizor və s. tətbiq oluna bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, 4096 bayt ölçülü sektorlarda "Adiantum" protokolundan istifadə etməklə "Cortex-A7" prosessor nüvəsinin şifrləmə və deşifrləmədə məhsuldarlığı bir bayt üçün 10,6 dövrəyə çatır ki, bu da "AES-256-XTS" standartından istifadədə təxminən 5 dəfə sürətlidir.   

Nizam Nuriyev





Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024