12px13px15px17px
Tarix:20/06/11

“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri elan edildi

Təhsil Nazirliyində “Elektron təhsil” respublika müsabiqəsinin yekunu ilə bağlı mərasim keçirildi. Mərasimdə Azərbaycanda təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qalibləri elan edildi.
“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu müsabiqə HP, “Ultra”, “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, “Azerfon-Vodafone” və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqə “Elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur. “Elektron tədris resursları” istiqaməti üzrə qaliblər “Fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İKT-dən istifadə üzrə ən yaxşı metodika” və “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunmuşdur.
“Təhsildə internet texnologiyalar” istiqaməti üzrə qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunmuşdur.
Bu il “Elektron təhsil” respublika müsabiqəsində fəal iştirak etmiş region “Ən fəal region məktəbi” nominasiyası üzrə də qalib müəyyən edildi.
Ümumiyyətlə, müsabiqədə 601 layihə iştirak etmişdir. Bunların arasından yalnız 98 nominant seçilmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından və internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, o cümlədən, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.



Baxış sayı: 1478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024