12px13px15px17px
Tarix:12/02/19

Üçölçülü printerlə nəhəng raket mühərriki çap edilib

Böyük Britaniyanın “Orbex” startapı “Prime Rocket” raketinin ikinci pilləsini təqdim edib. Bu, üçölçülü printer vasitəsilə çap edilən dünyanın ən böyük raket mühərrikidir. Mühərrik daxil olmaqla raketin uzunluğu 17 metr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, bu, “SpaceX Falcon 9” raketinin hündürlüyünün təxminən dörddəbir hissəsinə bərabərdir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, startap nümayəndələrinin sözlərinə görə, bu, “3D” printerlə çap edilməklə oyuq və birləşmələrdən istifadə etmədən yaradılan ilk raket mühərrikidir. Bu isə o deməkdir ki, raket digər kiçik sürətləndiricilərlə müqayisədə 30 faiz yüngül və 20 faiz məhsuldar olacaq. Qaynaq və birləşmələrin olmaması o anlama gəlir ki, aparat ekstremal temperatura və təzyiq dəyişkənliyinə qarşı daha yaxşı dözəcək.

Bundan başqa, raket biopropandan – karbon tullantılarını 90 faiz azaldan bərpa olunan təmiz yanacaq yandırılmasından istifadə üçün nəzərdə tutulub.

“Orbex” Şotlandiyanın Saterlend şəhərində 2021-ci ilə planlaşdırılan buraxılış üçün hələ tikilməmiş kosmodromu seçməklə ciddi nailiyyətlər əldə edib. Startap, həmçinin İsveçrənin  “Astrocast” texniki şirkəti ilə 64 nanopeykin buraxılışı haqqında tərəfdaşlıq sazişi imzalayıb. Onlar vasitəsilə qlobal “Əşyalar interneti” şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Raket mühərrikinin çapı yüksək templərlə inkişaf edən kosmik sənayesində özəl sektorun növbəti artım mərhələsinin əsasını qoyub. “3D” çap texnologiyası bu prosesi daha da sürətləndirməyə kömək edəcək.

Nizam Nuriyev





Baxış sayı: 467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024