12px13px15px17px
Tarix:10/11/11

Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı azalıb

Sentyabr ayı ilə müqayisədə oktyabrda Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı 4,45 faiz azalıb. Bu barədə "Kasperski laboratoriyası"nın oktyabr ayı üçün virus aktivliyi icmalında deyilir.

Hesabatda deyilir ki, ölkədə istifadəçilərin 26,7 faizi kompüter vasitəsilə virusa yoluxma riski ilə üzləşib. İcmalda qeyd olunur ki, Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında onuncu yeri tutur.

İlk TOP 10-a 36,9 - 26,7 faizlə daxil olan ölkələr Rusiya, Ermənistan, Belarus, İraq, Monqolustan, Ukrayna, Sudan, Qazaxıstan, Koreya Respublikası və Azərbaycandır.

Şirkət təhlükə dərəcəsini qiymətləndirmək üçün bir rüb ərzində istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

Ay ərzində "Kasperski laboratoriyası"nın məhsulları 161 003 697 şəbəkə hücumunun, 72 207 273 vebdən yoluxma cəhdinin qarşısını alıb və 205 822 404 zərərli proqram (lokal yoluxma cəhdi) aşkarlanaraq zərərsizləşdirilib.



Baxış sayı: 1400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024