12px13px15px17px
Tarix:14/02/19

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib

Bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan hökuməti ölkədə sahibkarlığın, o cümlədən startapların inkişaf etdirilməsinə böyük diqqət ayıraraq, onlar üçün münbit ekosistem yaradıb. Bura texnoparklardakı fəaliyyətdən tutmuş zəruri maliyyə dəstəyi, vergi və gömrük güzəştləri də daxildir.  Nazir müavini əlavə edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu gün innovativ sahibkarlıq fəaliyyətinin inkişafı üçün kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov qeyd edib ki, 4-cü sənaye inqilabı dövrü innovativ sahibkarlığın inkişafını tələb edir. Bugünkü tədbir innovativ sahibkarlığın ölkədə inkişafı ilə bağlı görülən işlərə, xüsusilə də  Vergi Məcəlləsində edilmiş dəyişikliklərə həsr olunub. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən startaplar və İKT şirkətləri qeyri-neft sektorunun innovativ inkişafına töhfə verə biləcək sahibkarlıq subyektləridirlər. Hazırkı dəyişikliklər İKT sahəsində sahibkarlığın stimullaşdırılması və inkişafına dəstək olacaqdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Elçin İbrahimov çıxış edərək bildirib ki, agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etmək, sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirərək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir.

Vergilər Nazirliyinin Aparatının rəhbəri Nazim Səmədov Vergi Məcəlləsindəki dəyişikliklərin mikro və kiçik sahibkarlara, o cümlədən startaplara yaradacağı üstünlüklər barədə   ətraflı məlumat verib.

Tədbirdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat verilib, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparılıb.

 Tədbirdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə imzalanmış müvafiq Fərman ətraflı şərh olunub. Startaplar üçün nəzərdə tutulan vergi güzəştləri və bu güzəştlərin tətbiqi mexanizmləri barədə geniş fikir mübadiləsi olub.
 




Baxış sayı: 435

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 İyul 2020

14/07/20
“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırladığını elan edib. Dü

14/07/20
2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

“Gartner” tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl

14/07/20
“One Netbook” hibrid minikompüteri planşetə çevrilir

Ultraportativ kompüterlərin hazırlanması ilə məşğul olan “One Netbook” şirkəti mühəndis və İT peşəkarları

14/07/20
“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Aristo 5” adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini

14/07/20
“Google” Hindistan iqtisadiyyatının rəqəmsallaşdırılmasına 10 milyard dollar qoyacaq

“Google” şirkəti növbəti 5-7 il ərzində Hindistan bazarına 10 milyard dollar investisiya yatıracaq. Sərma

14/07/20
Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

“Oppo” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nə

14/07/20
Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək.

14/07/20
“Apple” “ağıllı” eynəyi üçün linzaların təcrübi istehsalına başlanılıb

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı “Foxconn” əlavə reallıq texnologiyasına malik “ağıllı” e

13 07 2020

13/07/20
Yeni texnologiya smartfona 5 dəqiqə ərzində 0-dan 50%-dək enerji toplamağa imkan verir

“Iqoo” şirkəti tərəfindən gücü 120 vatt təşkil edən sürətli enerjidoldurma texnologiyası işlənib hazırlan

13/07/20
“iPhone 12” haqqında təfərrüatlar bəlli olub

“iPhone 12” istehsal xəttinə məxsus smartfonlar ən azı 4 QB əməli yaddaşla təchiz ediləcək. Bu barədə ins

13/07/20
“Lenovo Yoga X” qurğusu “Android” planşet və portativ monitor funksiyalarını birləşdirəcək

“@Evleaks” təxəllüsü ilə tanınan amerikalı bloger Evan Blass Çinin “Lenovo” şirkətinin

13/07/20
İkinci rübdə istifadəçilər mobil proqramlarda aylıq 200 milyard saatdan çox vaxt keçiriblər

Koronavirus pandemiyası milyonlarla istifadəçinin həyatına ciddi təsir göstərib. Koronavirusa görə tətbiq

13/07/20
“Xiaomi” oyun konsolu formasında ucuz telefon təqdim edib

“Xiaomi” şirkətinin cihazlar çeşidinə qeyri-adi form-faktorda hazırlanmış orijinal yenilik daxil edilib.

13/07/20
On dörd düym ekranlı “Apple” noutbuku buraxılacaq

“Apple” şirkəti növbəti ildə “MacBook Pro” seriyalı noutbukların istehsalını bərpa edərək 14 və 16 düym d

13/07/20
Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək

Niderlandın Rotterdam şəhərinin hakimiyyəti “3D” printerdə tullantılardan hazırlanan çap edilmiş yeni kör

13/07/20
“Apple” rəhbəri İT sənayesində ən yüksək əməkhaqqı alan icraçı direktordur

“Apple” şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan