12px13px15px17px
Tarix:15/02/19

“Android” üçün on minlərlə proqram istifadəçiləri izləyir

Kaliforniyada Beynəlxalq Kompüter Elmləri İnstitutu tərəfindən keçirilmiş yeni araşdırma nəticəsində məlum olub ki, "Android" sistemi üçün təxminən 17 min mobil proqram qurğudakı bütün əməliyyatları qeydə alır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, izləmə reklam identifikatorunun ("Advertising ID") köməyi ilə aparılır, "Google"un siyasətinə əsasən, bu reklam identifikatoru tərtibatçının istifadəçi haqqında bildiyi yeganə məlumatdır. Ancaq yeni araşdırma nəticəsində məlum olub ki, proqramların 66%-i cihaz tərəfindən sizə təqdim edilən unikal identifikasiya informasiyasının bütün növlərini toplayır.
 
Araşdırmalar onu göstərir ki, fərdi məlumat itkisi ilə bağlı bütün qalmaqallara baxmayaraq, daha çox proqram "Google"un siyasətini pozur. İstifadəçilər məxfilik sazlamalarını dəyişdirmək imkanına malikdir, amma onlar yalnız reklam identifikatoruna aiddir. Bütün digər informasiya isə istifadəçinin istəyindən asılı olmayaraq proqramlar tərəfindən toplanılır.
 
Emil Hüseynov





Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024