12px13px15px17px
Tarix:20/02/19

“Skype” istifadəçiləri problemlərlə üzləşiblər

Bir sıra ölkələrdə “Skype” messencerinin fəaliyyətində nasazlıqlar yaranıb. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, portalın məlumatına görə, “Skype”ın işində problemlər ABŞ vaxtı ilə saat 20:30-dan (Bakı vaxtı ilə saat 03:30) müşahidə edilməyə başlayıb. İstifadəçilər servisə qoşulmaq, mətnli bildirişlərin ünvanına çatdırılması imkanının olmamasından şikayət edirlər. Bundan başqa, səsli bildirişlərin göndərilməsində də problemlər qeydə alınıb.  

Daha ciddi nasazlıqlar Yaponiya, Böyük Britaniya və ABŞ-da müşahidə olunub, eyni zamanda digər ölkələrdə də servisin fəaliyyətində problemlər yaranıb.

Nizam Nuriyev





Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024