12px13px15px17px
Tarix:21/02/19

Hər ikinci kiberhücum məlumat əldə etmək məqsədi güdür

“Positive Technologies” şirkəti 2018-ci ilin sonuncu rübü üçün internetdə təhlükəsizliklə bağlı vəziyyətin təhlilinin nəticələrini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, məlumata görə, hücumların sayında artım müşahidə olunur. Belə ki, oktyabr-dekabrda unikal kiberinsidentlərin sayı 2017-ci ilin analoji dövrünün göstəricilərini 11 faiz, 2018-ci ilin üçüncü rübünün nəticələrini isə 7 faiz üstələyib.

Praktiki olaraq hər ikinci kiberhücum (48 faiz) məlumatların əldə edilməsinə yönəlib. Daha 39 faiz isə maliyyə mənfəəti məqsədi daşıyan hücumların payına düşüb.

Payı 62 faizə çatan məqsədyönlü hücumların payı da artmaqda davam edib. Ekspertlər qeyd edir ki, cinayətkarlar təşkilatlara hücumlar üçün daha çox “fərdi yanaşma”dan istifadə edirlər, fərdi şəxslər isə zərərli proqram təminatı yoluxmasından əziyyət çəkirlər.

Maraqlıdır ki, ötən ilin sön rübündə sosial mühəndislik təxminən hər üçüncü hücumda istifadə edilib.

Nizam Nuriyev





Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024