12px13px15px17px
Tarix:25/02/19

Bu gün Mobil Dünya Konqresi işə başlayır

Fevralın 25-də İspaniyanın Barselona şəhərində “MWC Barcelona 2019” – “Mobile World Congress” (Mobil Dünya Konqresi) illik mobil texnologiyalar sərgisinin açılışı olacaq.

Mobil Dünya Konqresi mobil sənayenin gələcəyini müəyyənləşdirəcək ən müasir məhsul və texnologiyalar təqdim edən müxtəlif ölkələrin 2 mindən çox şirkətini bir araya gətirir.

Məlumata görə, “MWC Barcelona 2019” çərçivəsində artıq “Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən dünyada ilk açılıb-yığılan smartfonun təqdimatını keçirib. Bundan başqa, digər Çin istehsalçısı – “Xiaomi” şirkəti “5G” şəbəkəsini dəstəkləyən “Mi Mix 3” çərçivəsiz smartfonunu rəsmən təqdim edib. 

2019-cu il mobil elektronika bazarında “5G” şəbəkəsinin kommersiya istifadəsinə verilməsi ilə əlamətdar olacaq. Bununla əlaqədar əksər istehsalçılar beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən qurğular nümayiş etdirir.

Qeyd edək ki, “MWC Barcelona 2019” sərgisi fevralın 25-28-də keçiriləcək.

Nizam Nuriyev





Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024