12px13px15px17px
Tarix:26/02/19

“ICANN” internetin ümumi infrastrukturunun təhlükəsizliyini gücləndirməyə çağırır

Dünya internet infrastrukturunun əsas elementləri miqyaslı kiberhücumların təhlükəsi altındadır. Bu barədə internetdə domen adları və zonaların ayrılmasını həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının nümayəndələri “Agence France-Presse” (AFP) informasiya agentliyinə bildiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “ICANN” internet infrastrukturunun əsas elementlərinin məruz qaldığı fasiləsiz yüksək risklə əlaqədar fövqəladə iclas keçirib. Təşkilatın baş texnoloji direktoru Devid Konradın sözlərinə görə, cinayətkarlar qlobal şəbəkənin əsasını təşkil edən infrastruktura maraq göstərirlər. “Əvvəllər oxşar hücumlar baş versə də, onların heç biri hazırkı hücumlarla müqayisə edilə bilməz”, – o qeyd edib.

Məlumata görə, 2017-ci ildə başlayan hücumlar yalnız indi təhlükəsizlik üzrə tədqiqatçıların narahatlığına səbəb olub. Fövqəladə iclas da məhz bununla bağlı çağırılıb. Ekspertlərin sözlərinə görə, cinayətkarlar DNS özək zonasına hücum edirlər, bu isə potensial baxımdan onlara trafiki ələ keçirməyə, onu gizlicə başqa yerə yönləndirməyə və çox əhəmiyyətli saytları saxtalaşdırmağa imkan verə bilər.  

“FireEye” şirkətinin kibercasusluq sahəsində baş analitiki Ben Ridin məlumatına görə, “DNSpionage” adlı hücumlar 2017-ci ildə başlayıb. Hücum edənlər əsasən Orta Şərq ölkələrinin domen adı qeydiyyatçılarının və internet provayderlərinin hesab məlumatlarını ələ keçirirlər.

D.Konrad vurğulayıb ki, problemin həlli üçün konkret alət mövcud deyil. Bununla əlaqədar “ICANN” mütəxəssisləri internetin ümumi infrastrukturunun təhlükəsizliyini gücləndirməyə çağırır.

Nizam Nuriyev





Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024