12px13px15px17px
Tarix:27/02/19

“WhatsApp”da yeni funksiya istifadəyə verilib

“WhatsApp” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.

Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini göstərməlidir: müəyyən istifadəçi, kontaktlar siyahısından olan abunəçilər və ya heç kim. Üçüncü variant seçilən zaman istifadəçiyə qrupa əlavə edilmək üçün onun qəbul və ya rədd edəcəyi sorğu göndəriləcək.  

Yenilik “WhatsApp” rəhbərliyinin yalan məlumatların yayılması ilə mübarizə üzrə növbəti addımıdır. Bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra hazırlanıb.

Nizam Nuriyev





Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024