12px13px15px17px
Tarix:28/02/19

“SHAREit” proqramında boşluqlar “Android” qurğularında fayllar oğurlamaq üçün istifadə edilib

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular arasında faylların göndərilməsi üçün nəzərdə tutulan “SHAREit” pulsuz proqramında mövcud olan boşluqlar cinayətkarlara gizlicə istifadəçi məlumatlarını oğurlamağa imkan verib. Səhvləri aşkar edən “Redforce” təşkilatının əməkdaşları onları şirkətin bloqunda ətraflı təsvir ediblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, hakerlər müdaxilə üçün ümumistifadəli “Wi-Fi” şəbəkəsindən yararlanıblar. Simsiz internetə qoşulma istifadəçilərə proqramla iş üçün lazım olub.   

Məlumata görə, ümumi şəbəkədə cinayətkarlar tərəfindən “SHAREit” proqram serveri ilə əlaqəli portlar skan edilib. Boşluqlar cinayətkarlara öz qurğularına qurbana aid mobil qurğudan istənilən məlumat və faylları yükləməyə imkan verib.  

Bildirilir ki, səhvlər bir il əvvəl aşkarlanıb. Lakin onların istifadəçilər üçün törədəcəyi mümkün təhlükələr səbəbindən təşkilat əməkdaşları aşkarlanan boşluqları açıqlamamağa üstünlük veriblər. Problemlər 2018-ci ildə proqram tərtibatçıları tərəfindən aradan qaldırılsa da, proqramın səhvsiz versiyası buraxılmayıb.  

Nizam Nuriyev





Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024