12px13px15px17px
Tarix:10/11/11

Səsyazma şirkətləri kompakt-disklərdə musiqi satışlarından imtina etmək niyyətindədir

Veb-mənbələrin məlumatına əsasən, ən böyük səsyazma leyblləri yeni musiqi kompakt-disklərin çıxarılışını 2012-ci ilin sonuna qədər demək olar ki, tamamilə dayandıracaqlar.

Bildirilib ki, səsyazma studiyaları musiqiləri əsasən müxtəlif veb-xidmətlər və onlayn mağazalar vasitəsilə rəqəmsal fayllar şəklində yayımlamağa keçməyi planlaşdırırlar. Həmçinin, axın yayım xidmətlərinin populyarlığının artması gözlənilir.

Ənənəvi kompakt-disklərdə yalnız məşhur ifaçıların kolleksiya nəşrləri təklif ediləcək. Leybllər bu məlumatı rəsmi olaraq hələ təsdiq etməyiblər.



Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024