12px13px15px17px
Tarix:04/03/19

Kardiostimulyator enerjini ürəkdöyünmədən toplayacaq

Çin alimləri ürəkdöyünmənin təbii enerjisi vasitəsilə kardiostimulyatoru enerji ilə doldurmaq üçün kompleks metod hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, kardiostimulyator ürəyin normal ritminin bərpası və ürək-damar xəstəliklərinin müalicəsi üçün dərialtı implantasiya edilən ən geniş yayılmış elektron tibbi cihazlardandır. Lakin ona quraşdırılan batareyanın istismar müddəti məhduddur və cərrahi müdaxilə vasitəsilə hər 5-12 ildə əvəzolunmanı tələb edir.  

Şanxay Universitetinin alimləri isə kənar enerji mənbəyi olmadan ürəkdöyünmənin təbii enerjisindən enerji toplayan tam işlək kardiostimulyator ərsəyə gətiriblər.

Kardiostimulyator üçün enerji generatoru elastik karkasdan və qurğu üçün lazım olan həcmdə elektrik enerjisi hasil edən iki pyezoelektrik kompozitdən ibarətdir. Yeni qurğunun donuzlar üzərində uğurlu sınaqları keçirilib.

Tədqiqat avtonom enerji mənbəyinə malik kardiostimulyatorun yaradılması və pyezoelektrik akkumulyasiya texnologiyaları vasitəsilə implantasiya edilən tibbi cihazların enerji ilə təchiz edilməsi üçün problemin həlli üzrə mühüm addımdır.

Nizam Nuriyev





Baxış sayı: 197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020