12px13px15px17px
Tarix:05/03/19

“Robot gepard” geriyə salto edir (VİDEO)

Massaçusets Texnologiya İnstitutu (MIT) geriyə salto edən “Mini Cheetah” adlı dördayaqlı robotun iştirakını əks etdirən video dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, “robot gepard” geriyə salto edən ilk dördayaqlı robotdur. Çəkisi 9 kq təşkil edən robotun hərəkət diapazonu ona gimnastla mübarizə aparmağa imkan verir. “Mini Cheetah” əyilə və ayaqlarını geniş aça, nahamar yerlərdə insandan iki dəfə sürətli hərəkət edə bilir. Yıxılan zaman robot tez və müstəqil ayaq üstə qalxır. Onun ayaqüstü vəziyyətdə geriyə salto etmək bacarığı isə daha heyrətləndiricidir.   

Tədqiqatçıların sözlərinə görə, “Mini Cheetah” dözümlü şəkildə layihələndirilib. Modul prinsipi üzrə yığılan robotun əl-ayaq və ya mühərrikinin sınması zamanı istənilən detalı çox asanlıqla yenisi ilə əvəzləmək mümkündür.

Təkmilləşdirilmiş “mini-gepard”ın mayda keçiriləcək robot texnikası və avtomatlaşdırma üzrə beynəlxalq konfransda nümayişi planlaşdırılır.  

Nizam Nuriyev
 






Baxış sayı: 479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024