12px13px15px17px
Tarix:09/03/19

Pirallahı rayonunda “Robopark” layihəsi çərçivəsində treninq keçirilib

7 mart tarixində Pirallahı rayonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Pirallahı Rayon İcra Hakimiyyəti və AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə “Robopark” layihəsi çərçivəsində gənc nəslin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağının artırılması, robotexnika üzrə prototiplərin hazırlanması və eyni zamanda, sınaqların keçirilməsinə imkan yaradılması məqsədilə treninq keçirilib.

Treninqdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin sektor müdiri Nazim Şahbazov, həmin şöbənin məsləhətçisi Orxan Bağırov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Anara Hacıbəyli və Pirallahı rayonunun 5 məktəbindən müəllimlər iştirak ediblər.

Treninqdə “Robopark” layihəsi çərçivəsində şagirdlərin, gənc nəslin robotexnika sahəsi üzrə maarifləndirilməsi, robotların yaradılması üzrə ilkin vərdişlərə yiyələnməsi, robotexnikanın iş prinsipi və proqramlaşdırma sirlərini öyrənməsi üçün master klassların keçirilməsi, seçilmiş uşaqlar üçün müvafiq təlimlərin keçirilməsinə start verilməsi üçün hazırlıq işlərinin təşkil edilməsi kimi məsələlərə toxunulub.

Treninqin keçirilməsində məqsəd ilkin tanışlıq, gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmaqdan ibarət olub.

Qeyd edək ki, “Robopark” layihəsinin başlıca hədəfləri robotexnika sahəsinin ictimaiyyət arasında həvəsləndirilməsi, uğurlu robotexnika layihələrinin müsabiqələrə cəlb olunması və onların kommersiyalaşdırılması və robotexnika üzrə seminarlarının keçirilməsindən ibarətdir.
















Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024