12px13px15px17px
Tarix:13/03/19

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

Azərbaycanda ilk dəfə olaraq 11 – 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilir.
Forum “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunub.

Regional İnternet İdarəçilik Forumunun açılışından əvvəl  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi,  BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-nin Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də, beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu “Cyber Village” sərgisinə baxış keçiriblər. 

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir.  Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edirlər.

Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.

Forumda çıxışı zamanı  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki,  20 ilə yaxındır ki, Azərbaycan Hökuməti BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Qurum informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrə dəstək verir.

“Ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” məhz BMT-nin İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində hazırlanıb. Həmçinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “AzDatacom” şəbəkəsi, regionda ilk TİER-3 səviyyəli Data Mərkəzin qurulması birgə fəaliyyətin nəticəsidir. Bu layihələr ölkəmizdə dayanıqlı inkişafa böyük töhfə verib. Bu gün də BMT İnkişaf Proqramı ilə əməkdaşlığımız davam edir. Birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Bilik İqtisadiyyatı – Azərbaycanın İnnovasiya Yol Xəritəsi” bizim üçün çox önəmlidir. Bu layihə çərçivəsində keçirilən “İdeyadan Biznesə” startap turları və məktəblərdə Robotexnika laboratoriyalarının qurulması üzrə tərəfdaşlığımızdan məmnunuq”.

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlığına da toxunan nazir ötən il təşkilatın səlahiyyətli konfransında keçirilmiş seçkilərdə ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən, Radiotənzimləmə Bürosuna isə ilk dəfə üzv seçildiyini xatırladıb.

“Keçən il Beynəlxalq Telekommunikasiya İttifaqının regional ofisinin dəstəyi ilə regionda ilk dəfə “Kibertəhlükəsizlik təlimləri” keçirilib, 14 ölkə nümayəndəsi iştirak edib. Hər iki təşkilatın fəaliyyəti bu gün keçirilən forumun mövzusu ilə bilavasitə bağlıdır. 2006-cı ildən keçirilən Qlobal İnternet İdarəçilik Forumları məhz Beynəlxalq Telekommunikasiya İttifaqının təşəbbüsüdür”.

Nazir forumun  “Kibertəhlükəsizlik həftəsi”nin əsas tədbiri seçilməsinin təsadüfi olmadığını qeyd edib. O bildirib ki,  müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir.

“Onlar təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa və bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradıb. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb.

Lakin, eyni zamanda, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı da ildən-ilə artmaqdadır”.

R.Quluzadə ölkəmizdə texnoloji inkişafla yanaşı, kibertəhlükəsizlik məsələlərinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik strategiyası (2019-2024)” hazırlanıb və təsdiq olunma mərhələsindədir.

Nazir İnternet İdarəçilik Forumunun öz ətrafında bütün maraqlı tərəfləri birləşdirməklə milli, regional və qlobal səviyyədə mövcud olan məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin Köməkçisi,  BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Miryana Spolyariç Eqqer qeyd edib ki, bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır. “ Eyni zamanda, forum heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq sadə insanların həyatını yaxşıya doğru dəyişmək, yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək, eləcə də, internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformalarını yaradır.”

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin çıxış edib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin də çıxışında forumun əhəmiyyətinə toxunub. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini vurğulayan bölmə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiyya-kommunikasiya texnologiyaları, innovasiyalar sahəsinə böyük diqqət və dəstək göstərildiyini vurğulayıb.

İnternet İdarəçilik Forumunun Cenevrə Katibliyinin proqram və texnologiya meneceri Chengetai Masango tədbir iştirakçılarına videomüraciət edib.

Daha sonra forum öz işini “Regionun kibertəhlükəsizlik məsələləri” “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə”, “Kibertəhlükəsizlikdə innovativ həllər” “Uşaqlar üçün təhlükəsiz internet” mövzularında sessiyalarla davam etdirib.
 















Baxış sayı: 33

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Noyabr 2019

19/11/19
Smartfon və digər cihazların elastik ekranları üçün plastik şüşə hazırlanıb

Tampere Universitetinin fizikləri tərəfindən şüşəyə bənzər alüminium oksidindən hazırlanmış incə plyonkal

19/11/19
“Xiaomi” ilk elektron kitab oxuducusunu təqdim edib

“MiReader” – “Android” mobil əməliyyat sistemi ilə işləyən və elektron mürəkkəb texnologiyasına əsaslanan

19/11/19
Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer təqdim olunub

Harvardda Uiss Universitetinin alimləri 8 müxtəlif materialdan obyektlər çap edə bilən yeni “3D” printer

19/11/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiya hazırlanacaq

BMT Baş Assambleyasının 74-cü sessiyasının Üçüncü komitəsinin iclasında informasiya texnologiyalarından

19/11/19
Robot balıq ixtira edilib

Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) m

19/11/19
“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib

“Google” şirkəti Sakit okeanın dibi ilə “Curie” adlı yüksəksürətli optik lif kabelinin çəkilişini

19/11/19
“Samsung Galaxy Note10+” smartfonunun xüsusi versiyası təqdim edilib

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note10+ ” smartfonunun “Star Wars” (“Ulduz müharibələri”

19/11/19
“5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

2020-ci ildə kommersiya tipli “5G” xidmətlər bazarı populyarlaşacaq. Bu, beşinci nəsil şəbəkələrin “FWA 5

19/11/19
“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edilib

“Facebook”un əməkdaşları “WhatsApp” xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə

19/11/19
“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” üçün dəstəyini dayandırır

“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” mobil əməliy

18 11 2019

18/11/19
“TikTok” sosial şəbəkəsi “WhatsApp”la eyni populyarlığa malikdir

“Sensor Tower” analitik firmasının araşdırmasına görə, “App Store” və “Google Play” mobil tətbiqlər mağ

18/11/19
Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq

“Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun illik “China Mobile Global Partner” konfransı

18/11/19
Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib

Xüsusi avadanlıq olmadan qısa müddətdə “3D” xəritə hazırlamaq çətindir. ABŞ-ın Ordu Mühəndislər Korpusu t

18/11/19
Milyonlarla “Android” smartfonunun sahibi təhlükə qarşısındadır

“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda istifadə olunan “Qualcomm” prosessorlarında i

18/11/19
“Air Race E” şirkəti dünyada ilk elektrik yarış təyyarəsini nümayiş etdirib

Dubayda “Dubai Air Show” aviasalonu çərçivəsində “Airbus” şirkətinin dəstəyi ilə keçirilən təyyarə

18/11/19
“Android” istifadəçilərinə simsiz qulaqlıqların təhlükəsi haqqında xəbərdarlıq edilib

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər

18/11/19
Elektrik enerjisi əvəzinə, işıqdan istifadə edən "gələcəyin tranzistorları" təqdim edilib

Müasir tranzistorlar məlumat mübadiləsini elektrik cərəyanının köməyi ilə həyata keçirirlər və bu proses

18/11/19
Las-Veqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb

ABŞ sahibkarı İlon Maska məxsus “The Boring Company” şirkəti Las-Veqas altında 1,6 km uzunluğunda sürətli

18/11/19
“Airbus” ətraf mühiti çirkləndirməyən təyyarə hazırlayacaq

“Airbus” şirkəti 2030-cu ilədək potensial baxımdan ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər.

18/11/19
Ekspertlər ucuz smartfonların təhlükəsi barədə məlumat veriblər

“Kryptowire” şirkətinin mütəxəssisləri “Android” mobil sisteminin idarəetməsi altında işləyən ucuz smartfonlarda