12px13px15px17px
Tarix:14/03/19

İlk hermetik lunoxod təqdim edilib

“Toyota” şirkəti günəş enerjisi ilə işləyən ilk avtonom və hermetik lunoxodunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, avtomobil şirkəti astronavtları ayın səthində skafandr geyinmək zərurəti olmadan daşıyan nəqliyyat vasitəsi hazırlamaq üçün Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə bir araya gəlib. Hermetik kabinə lunoxoda astronavtları peykin səthində hətta təzyiq və qravitasiya şəraitində uzaq məsafəyə daşımağa imkan verəcək. Günəş enerjisi və yanacaq elementləri ilə işləyən konseptual avtomobil 2 astronavt üçün nəzərdə tutulub, amma fövqəladə vəziyyətdə 4 nəfər daşıya bilər.
 
Yaponiya Kosmik Agentliyi 2029-cu ildə yeni lunoxodla tədqiqat missiyaları planlaşdırır. “JAXA”nın nümayəndələri qeyd edirlər ki, hermetik kabinələrə malik idarə olunan lunoxodlar ay səthinin tammiqyaslı tədqiqat və istifadəsində mühüm rol oynayacaq.
 
Emil Hüseynov





Baxış sayı: 464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024