12px13px15px17px
Tarix:19/03/19

“İsrail İnnovasiya Mübadilə Proqramı”nın məzunlarına sertifikatlar təqdim olunub

Cari ilin 19 mart tarixində İsrailin Azərbaycandakı səfiri Dan Stav Yüksək Texnologiyalar Parkının reallaşdırdığı "İsrail İnnovasiya Mübadilə Proqramı"nı ("Israel Innovation Exchange Program")  uğurla başa vurmuş iştirakçılarla görüşüb.

Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib. O, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlər və innovasiyaların tətbiqi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, "İsrail İnnovasiya Mübadilə Proqramı" Azərbaycan startaplarına və innovasiya ekosisteminin liderlərinə İsrailin akseleratorlarıyla əməkdaşlıq, qlobal investorlarla görüş imkanı yaradıb.

Görüş zamanı Dan Stav proqram məzunları ilə tanış olub və onların səfər təəssüratlarını dinləyib. D.Stav səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış edib.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli proqram haqqında öz fikirlərini bölüşüb və gələcəkdə İsrailin akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri haqqında danışıb.
Rəsmi hissədən sonra startaplar ilə birgə müzakirələr aparılıb və mübadilə proqramının məzunlarına səfir tərəfindən sertifikatlar təqdim olunub.

Xatırladırıq ki, 4-8 mart tarixlərində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə startap və innovasiya ekosisteminin nümayəndələrinin iştirakıyla "İsrail İnnovasiya Mübadilə Proqramı" çərçivəsində Qüds və Təl-Əviv şəhərlərinə işgüzar görüşlər keçirilib.
5 mart tarixində səfər iştirakçıları İsrailin Təl-Əviv şəhərində yerləşən İsrail İnnovasiyalar Agentliyinin baş direktoru Avi Luvtonla görüşüblər.

Görüş zamanı İsrail İnnovasiyalar Agentliyinin fəaliyyəti barədə geniş məlumat verilib, dövlət, eləcə də özəl sektorun innovasiya ekosisteminə təsiri barədə müzakirələr aparılıb.

 "MedTech Value Creation" şirkətinin rəhbəri Rani Şıfron ilə görüş zamanı isə səhiyyə sahəsində fəaliyyət göstərən startaplara faydalı məsləhətlər verilib və gələcək əməkdaşlıq imkanları müzakirə mövzusu olub.
Bundan əlavə, iştirakçılar Peres İnnovasiyalar Mərkəzini ziyarət ediblər.

6 mart tarixində "İsrail İnnovasiya Mübadilə Proqramı" çərçivəsində səfər iştirakçıları İsrailin Beer Sheva şəhərində yerləşən Texnologiyalar Parkı ilə tanış olublar. Burada patentlərin kommersiyalaşdırılmasına dair universitetlərlə əməkdaşlıq istiqamətində İsrail təcrübəsi müzakirə olunub. Görüş zamanı "Tech 7" şirkətinin rəhbəri Yotam Tzuker tərəfindən Texnoparkın fəaliyyəti barədə geniş məlumat verilib, universitetlərin ekosistemin formalaşmasında böyük rolu olduğu vurğulanıb, startaplara faydalı məsləhətlər verilib və sualları cavablandırılıb.

Daha sonra Texnoparkın ərazisinə gəzinti təşkil edilib. İştirakçılar "WeWork" şirkətinin ofisi ilə, "Tech 7" şirkətinin startaplar üçün "Digital Innovation Lab" laboratoriyası ilə tanış olublar.

Eyni zamanda, ölkəmizi təmsil edən "Onbranch", "Tap2Doc", "Virtual Surgery", " Healthy Living Support Platform" startapları investorlara (pitch) öz layihələrini təqdim ediblər.

Səfər iştirakçıları İsrailin ən böyük "Sapir" kollecini də ziyarət ediblər. Kollecin rektoru və "Media" departamentinin rəhbəri keçirilən dərslər, tələbələr və əsas prinsipləri barədə geniş məlumat veriblər.
Nümayəndə heyəti səfər proqramının son günündə Qüds şəhərində "2019 OurCrowd Global Investors Summit" konfransında iştirak edib.

Ümumilikdə 1 trilyon dollar investisiya portfeli təqdim olunan konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan startaplar, investorlar, aparıcı inkubasiya və akselerasiya mərkəzləri və vençur fondları ilə görüşlər keçirilib.

İştirakçılar açılış panelində iştirak edib, müxtəlif innovativ mövzulara aid tanınmış investorların çıxışlarını dinləyib, İsrailin ən yaxşı startap layihələri ilə tanış olublar. Bundan əlavə, Azərbaycanın startapları öz layihələrini investorlara təqdim ediblər.

Tədbirin proqramına əsasən, iştirakçılar bağlanış panelindən sonra layihələri barədə geniş məlumat vermək üçün "ShukTech: Networking and Pitches" adlı sammitə də qoşulublar.

Bundan başqa, səfər zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli İsrailin "Jerusalem Post" və "Kanal 9" televiziya kanalına müsahibə verib.























Baxış sayı: 1906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 İyun 2019

19/06/19
Kommersiya məqsədli yeni superkompüter təqdim edilib

“IBM” şirkəti “Total” enerji nəhəngi üçün kommersiya məqsədli “Pangea III” superkompüt

19/06/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Oğuz və Qəbələ rayonlarında vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin  şəhər və rayonlarda vətəndaşların qəbulu 

19/06/19
Süni intellektli süzən aviabomba yaradılıb

İsrailin “Rafael” şirkəti müxtəlif obyektlər arasında verilmiş hədəfi aşkarlamağa imkan verən süni intell

19/06/19
“Facebook” öz kriptovalyutasını təqdim edəcək

“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Facebook Inc.” şirkəti yeni kriptovalyutanın buraxılış

19/06/19
Ekspertlər mobil proqramların boşluqları haqda məlumat veriblər

Mobil proqramların 89%-i uzaq məsafədən həyata keçirilən haker hücumları qarşısında dayanıqsızdır. Kibert

18 06 2019

18/06/19
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında fəal iştirak edir

2018-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında bu təşki

18/06/19
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

“Instagram” sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

18/06/19
“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib

“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

18/06/19
Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Beynəlxalq tədqiqatçılar qrupu internetin insan yaddaşına və onun sosial fəaliyyət qabiliyyətinə təsiri i

18/06/19
“Volvo” və “Uber” avtonom avtomobil təqdim edib

ABŞ-ın “Uber” taksi sifarişi xidməti və İsveçin “Volvo Cars” avtomobil istehsalçısı “Volvo 

18/06/19
Qanadları ən uzun təyyarə 400 milyon dollara satışa çıxarılıb

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 mily

18/06/19
“Intel” texnoloji startaplar üçün inkubator istifadəyə verib

ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı İsraildə avtonom sistem və süni intellekt texnologiyalarını

18/06/19
Bütün “iPhone” smartfonlarına müdaxilə edə bilən proqram hazırlanıb

İsrailin “Cellebrite” şirkəti “iOS 7”-dən “iOS 12.3”-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən

18/06/19
“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“NetMarketShare” servisinin məlumatına görə, 2019-cu ilin mayında dünyadakı fərdi kompüterlərin 45,73%-i