12px13px15px17px
Tarix:27/03/19

“WhatsApp” “feyk” mesajlarla mübarizəni gücləndirir

“WhatsApp” messencerinin “Android” platforması üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez göndərilən mesajları izləyir və onları təhlil edir. Məlum olduğu kimi şirkət “feyk” mesajlarla mübarizəni gücləndirməyi planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez göndərilən mesajlar kimi qeydə alır.
 
Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul ediləcək.
 
Emil Hüseynov





Baxış sayı: 400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024