12px13px15px17px
Tarix:20/06/11

“Motorola” yeni smartfonunu təqdim edib

Amerika korporasiyası “Motorola” üçüncü nəsil Milestone smartfonunu elan edib. Şirkət XT883 adlı qurğunun Çin versiyasından təfərrüatı ilə danışıb. Amma qurğu texniki xarakteristikalarına görə Avropa versiyasından fərqlənir. ABŞ-da həmin model “Droid 3” kimi satılacaq. “Motorola Milestone 3/XT883 QWERTY” klaviatura ilə slayder form-faktorunda hazırlanıb.
Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir.
Yenilik 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. “Motorola Milestone 3” Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir. Model Çində üçüncü rübdə çıxacaq.



Baxış sayı: 1310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024