12px13px15px17px
Tarix:29/03/19

“Intel”in prosessorlarında şəxsi məlumatları ələ keçirməyə imkan verən texnologiya aşkar edilib

“Positive Technologies” şirkətinin ekspertləri “Intel” istehsalı olan prosessorlarda məlumatları yaddaşdan oxumağa və periferiya qurğularının siqnallarını ələ keçirməyə imkan verən sənədləşdirilməmiş texnologiya aşkar ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sözügedən texnologiya “Intel VISA” adlanır. Bu, tam məntiqi siqnal  analizatorudur. Texnologiya kommersiya sistemlərində başlanğıc ayar kimi deaktiv edilib, ekspertlər onu aktivləşdirmək üçün bir neçə üsul aşkar ediblər.
 
“Intel VISA” texnologiyasına qoşulmaq üçün xüsusi avadanlıq tələb olunmur. Tədqiqatçılar belə hesab edirlər ki, bu texnologiya “Intel” çiplərinin istehsalı vaxtı nazaslığın mövcud olub-olmamasını yoxlamaq üçün istifadə olunur, ancaq hakerlər tərəfindən kritik əhəmiyyətli məlumatlara giriş üçün də istifadə edilə bilər.
 
Emil Hüseynov





Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024