12px13px15px17px
Tarix:30/03/19

Bakıda Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "RoboPark"ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən SABIS Sun Beynəlxalq Məktəbində Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, milli final 2019-cu ildə Koreyada keçiriləcək Beynəlxalq Dron Olimpiadasına hazırlıq məqsədi daşıyır.

Nazir müavini qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən "RoboPark" layihəsi çərçivəsində bu gün Bakı şəhəri ilə yanaşı, respublikanın bir sıra regionlarında da robotexnika, dronların yaradılması və idarə olunması mexanizmləri tədris olunub. O, son illər ölkəmizdə bu sahənin inkişafına böyük diqqət ayrıldığını vurğulayıb:

"Məktəblilərin erkən yaşda bu prosesə cəlb olunması peşəkar mütəxəssislərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ümidvaram ki, bugünkü yarışda qalib gələn komandalar Beynəlxalq Dron Olimpiadasında ölkəmizi layiqincə təmsil edəcəklər".

Sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, dron olimpiadası intellektual yarış növlərinə aid edilir. O, təmsil etdiyi qurumun belə bir olimpiadaya dəstək verməsindən məmnunluğunu ifadə edib.

Olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arası 60 şagird 3 kateqoriya üzrə ən uğurlu pilot olmaq uğrunda mübarizə aparıblar.

Şagirdlər öz gücünü "Drone Race", "Drone Football" və "Drone Challenge" olmaqla 3 fərqli kateqoriyada sınayıblar. Onlar "Drone Race" kateqoriya üzrə ən sürətli pilot olmaq üçün yarışıblar. Şagirdlərin ən çox sevdiyi kateqoriya olan "Drone Football"-da dronlarla havada futbol oynanılıb. Şagirdlər arasında ən böyük rəqabət "Drone Challenge" kateqoriyasında olub.

Beləliklə, "Drone Race" kateqoriyasında I yeri Polad İsmayıllı, II yeri Cavanşir Hacıhəsənli, III yeri isə Eldar Mustafayev tutub. "Drone Football" kateqoriyasında I, II və III yerlərə müvafiq olaraq Eldar Mustafayev və Nərmin Məmmədova, Əli Məmmədquliyev və Nihad Qarayev, Fatimə Əliyeva və Kənan İbrahimli layiq görülüb. "Drone Challenge" kateqoriyasında I yerin qalibi Eldar Mustafayev, II yerin sahibi Alı Məmmədquliyev olub. Bu kateqoriyada III yerdə Ömər Hacıhəsənli qərarlaşıb.

Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif edilib.

Qaliblər Azərbaycanda ilk dron pilot uçuş vəsiqələrini əldə ediblər.




















































Baxış sayı: 1023

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Avqust 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin 

16 08 2019

16/08/19
Yeni “iPhone” smartfonunun təqdimat tarixi və vaxtı məlum olub

“Apple” korporasiyası avqustun 15-də çıxarılmış “iOS 13” versiyasının 7-ci beta-versiyasının kodunda yeni

16/08/19
Operativ yaddaşın satışında azalma qeydə alınıb

“DRAMeXchange” şirkəti 2019-cu ilin ikinci rübündə dünya operativ yaddaş çipləri bazarının həcminin 14,84

16/08/19
“Windows” sisteminin idarəetməsi altında işləyən istənilən kompüterə müdaxilə üsulu tapılıb

“Windows” sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verə

16/08/19
“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb

“Huawei” şirkəti “6G” standartı üçün şəbəkə həlləri hazırlamağa başlayıb.

16/08/19
MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmm

16/08/19
“5G” şəbəkəsini dəstəkləyən qurğuların sayı açıqlanıb

Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyası (Global Mobile Suppliers Association – GSA) qlobal baza

16/08/19
“Instagram” istifadəçilərə şübhəli məzmun haqqında məlumat verməyə imkan verəcək

“Instagram” sosial şəbəkəsi tərəfindən təqdim ediləcək yeni funksiya istifadəçilərə şübhəli məzmun haqqın

16/08/19
Dünyada elektron kağız üçün ilk printer təqdim olunub

“E Ink Holdings” şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün “JustPrintIt” texnologiyasını

16/08/19
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (European Imaging and Sound Association, EISA)