12px13px15px17px
Tarix:02/04/19

“Gmail” poçt xidmətində məktubların göndərilməsini planlaşdırmaq mümkün olacaq

“Gmail” elektron poçt xidmətinin veb-versiyasının istifadəçiləri aprelin 1-dən rahat bir vaxtda məktub göndərməyi planlaşdırmaq imkanı əldə ediblər. Yeni funksiya hələ ki ABŞ ərazisində əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən funksiyadan istifadə etmək üçün xidmətin taymerini aktivləşdirmək, göy rəngli “Göndərmək” düyməsinin qarşısındakı ox işarəsinə sıxmaq və açılan menyudan "Planlaşdırmaq" seçmək lazımdır. Bundan sonra hesab sahibinə tarix və vaxt seçmək təklif ediləcək.
 
Bundan başqa, proqramçılar mətnin “ağıllı” daxil edilməsi texnologiyasının işini təkmilləşdiriblər. İndi bu funksiya müəllifin tərzinə uyğunlaşır, adresatlara müraciətləri yadda saxlayır və məktubun məzmununa görə başlıqlar fikirləşir.
 
Emil Hüseynov





Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024