12px13px15px17px
Tarix:11/11/11

Azərbaycanda dəmiryol biletləri internet vasitəsi ilə satılacaq

Yaxın günlərdə Azərbaycanda dəmiryolu biletlərinin internet vasitəsilə satışına başlanacaq. «Azərbaycan Dəmir Yolları» ASC-nin mətbuat xidmətinin rəhbəri Nədir Əzməmmədovun verdiyi məlumata görə, hazırda ödəniş sisteminin təhlükəsizlik məsələləri həll olunur.

Noyabrın 15-dək bu işlərin başa çatacağı, bundan sonra isə biletlərin internetlə satışının başlanması nəzərdə tutulur. Sistemin operatoru «Golden Pay» şirkətidir.

Qeyd edək ki, 3 dildə olması nəzərdə tutulan bu sistemə «Azərbaycan Dəmir Yolları» ASC-nin rəsmi internet saytı vasitəsilə daxil olmaq mümkün olacaq. Sistem vasitəsilə plastik kartla ödəniş etməklə biletləri olmaq mümkün olacaq.



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024