12px13px15px17px
Tarix:05/04/19

540 milyon “Facebook” istifadəçisinin məlumatı internetdə yerləşdirilib

İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “UpGuard” şirkəti 540 milyondan çox “Facebook” istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında xəbər verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, istifadəçilərin məlumatı Meksikanın “Cultura Colectiva” rəqəmli platformasında aşkar edilib. Bundan başqa, artıq mövcud olmayan “At the Pool” proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan idi.
 
Son zamanlar “Facebook” şəxsi məlumatların itkisi ilə bağlı çoxsaylı qalmaqalların mərkəzindədir. Avropa İttifaqının yeni qanunvericiliyinə əsasən, məlumatların təhlükəsizliyinə riayət etməyən şirkətlər gəlirlərinin 4%-dək hissəsini ödəməli olacaqlar.
 
Xatırladaq ki, 2018-ci il sentyabrın sonunda “Facebook” sosial şəbəkəyə müdaxilə aşkar etmişdi. Hakerlər “Facebook”un proqramlaşdırma kodunda boşluqdan istifadə edərək istifadəçi hesabları üzərində nəzarəti ələ keçirmişdilər.
 
Emil Hüseynov





Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024