12px13px15px17px
Tarix:10/04/19

“Xiaomi Mi MIX 4” smartfonu 17 dəqiqə ərzində tamamilə enerji toplayacaq

“Xiaomi” istehsal xəttinin növbəti smartfonu istifadəçiləri kabel vasitəsilə enerjidoldurma texnologiyasının sürəti ilə təəccübləndirəcək.
 
“GizChina” nəşri yazır ki, “Xiaomi Mi MIX 4” aparatı 100 vattlıq çox sürətli enerjidoldurma texnologiyası ilə təchiz edilə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, beləliklə, 4000 milliamper/saatlıq akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmaq mümkün olacaq. Smartfonun başqa xüsusiyyətləri haqqında məlumat yoxdur.
 
Bundan əvvəl şirkətin direktoru Lin Bin “Super Charge Turbo” adlı çox sürətli enerjidoldurma texnologiyası haqqında məlumat verib.
 
Emil Hüseynov





Baxış sayı: 119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020