12px13px15px17px
Tarix:10/04/19

“Opera” gələcəyin internetini dəstəkləyən brauzerini təqdim edib

“Opera” şirkəti fərdi kompüterlər üçün yenilənmiş eyni adlı brauzeri təqdim edib. “Reborn 3” kod adına malik olan “Opera 60” brauzeri daxili  kriptocüzdan və “Web 3” texnologiyası ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Web 3” blokçeyn texnologiyasına əsaslanan gələcəyin internetidir. İndi “Opera” istifadəçiləri “Web3” proqramlarının ünvanlarını birbaşa brauzerin ünvan sətrinə daxil edə bilərlər.
 
"Blokçeyn texnologiyaları nəzarəti insanlara geri qaytarır. Onlar əməliyyatları təhlükəsiz imzalaya və əlavə məlumatlar təqdim etmədən özlərini saytlarda identifikasiya edə bilərlər" – “Opera”nın nümayəndəsi bildirib.
 
Həmçinin tərtibatçılar daxili VPN xidmətinə diqqət ayırıblar. Brauzer VPN xidməti istifadəçinin məlumatlarını üçüncü şəxslərdən və onun yerini saytlardan gizlədən təhlükəsiz, şifrlənmiş tunel yaradır.
 
Emil Hüseynov





Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024