12px13px15px17px
Tarix:11/04/19

“Samsung” şirkəti fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edib

“Samsung Electronics” şirkəti irəli çəkilən və fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 48 meqapiksellik əsas kamera həm gündüz, həm də gecələr parlaq fotoşəkillər çəkir. Həmçinin cihaza 123 dərəcəlik baxış bucağına malik 8 meqapiksellik ultrageniş modul quraşdırılıb.
 
“Galaxy A80” aparatı “Full HD+” (1080x2400 piksel) təsvir ölçülü 6,7 düymlük “Super AMOLED” displeylə təchiz edilib, barmaq izi skaneri birbaşa ekrana inteqrasiya edilib. 3700 milliamper/saat tutumunda akkumulyator 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malikdir. Bundan başqa, smartfon “Snapdragon 675” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili fləş yaddaşla təchiz edilib. Yaddaşın kart vasitəsilə artırılması imkanı nəzərdə tutulmayıb.
 
Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Samsung Pay” (NFC+MST) mobil ödəniş sistemi dəstəklənir.
 
Emil Hüseynov





Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024