12px13px15px17px
Tarix:11/04/19

“Sony” şirkəti 16K təsvir ölçülü displeyini təqdim edib

"Sony" şirkəti Yaponiyada 16K təsvir ölçülü ekran quraşdırıb. Bu göstərici 4K ilə müqayisədə 4, 1080p-dən isə 64 dəfə yüksək göstəricidir. Displeyin ölçüsü 19,2 x 5,4 metr təşkil edir, onu Yokoqamada yerləşən yeni tədqiqat mərkəzində quraşdırıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, "Strategy Analytics" şirkətinin eksperti Devid Merser deyib ki, yeni displey tezliklə bazara çıxarılmayacaq. Onun sözlərinə görə, yaxın vaxtlarda 8K televizorların kütləvi yayılması gözlənilir. Ona görə, ehtimal ki, belə ekranlar yalnız böyük biznes seqmentində istifadə olunacaq.

 

Emil Hüseynov





Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024