12px13px15px17px
Tarix:13/04/19

“Facebook” 2018-ci ildə Zukerberqin təhlükəsizliyinə 20 milyon dollar xərcləyib

ABŞ-ın “Facebook” şirkəti 2018-ci ildə Mark Zukerberq və onun yaxınlarının şəxsi təhlükəsizliyinin təmin edilməsinə təxminən 20 milyon dollar xərcləyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, bildiyimiz kimi, Zukerberq şirkətdəki işinə görə 1 dollar məbləğində simvolik ödəniş alır, amma “Facebook” onun xərclərini kompensasiya edir. 2018-ci ildə bu məbləğ 22,6 milyon dollar təşkil edib, onun da 20 milyon dolları təhlükəsizlik məsələlərinə xərclənib.

 

Bundan başqa, məlum olub ki, son illərdə təhlükəsizliyin təmin edilməsi üzrə xərclər xeyli yüksəlib. Məsələn, 2016-cı ildə şirkət bu məsələyə 5 milyondan çox, 2017-ci ildə isə 7,6 milyon dollar xərcləyib.

 

Emil Hüseynov





Baxış sayı: 332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024