12px13px15px17px
Tarix:15/04/19

İT servis və xidmətləri bazarının həcmi 513 milyard dollara çatıb

"International Data Corporation" (IDC) analitik şirkəti 2018-ci ilin ikinci rübündə dünyada biznes üçün İT servis və xidmətləri bazarında mədaxilin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 513 milyard dollara çatmasını açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ötən ilin yekunları üzrə nəzərdən keçirilən bazarın həcmi 1 trilyon dolları ötüb ki, bu da bir il əvvəlin göstəricisini 4,3 faiz üstələyir. Dinamika dünya ümumi daxili məhsulunun (ÜDM) artım tempini 0,5 faiz geridə qoyub.

 

Dünyada əlavə və sistemlərin hazırlanması və şəbəkələrin qurulması kimi layihəyönümlü xidmətlər üçün xərclər autsorsinq, tədris və dəstək üçün xərcləri üstələməkdə davam edir. Bu seqmentlərin birincisi 2018-ci ilin iyul-dekabrında 2017-ci ilin müvafiq dövrünə nisbətdə 6,4 faizlik artım (194 milyard dollaradək) nümayiş etdirib, ötən il ərzində isə 5,8 faizlik yüksəliş (380 milyard dollaradək) qeydə alınıb.

 

Bildirilir ki, belə sıçrayış biznes konsaltinq və əlavələrin hazırlanması xidmətlərinə yüksək tələbatla əlaqədardır. Belə ki, ikinci yarımillikdə qlobal miqyasda biznes konsaltinq seqmentinin həcmi 9,1 faiz (63 milyard dollaradək), 2018-ci ildə isə 8,3 faiz (123 milyard dollaradək) yüksəlib.

 

Coğrafi baxımdan biznes üçün ən böyük İT servis və xidmətləri bazarı ABŞ olub. 2018-ci ilin ikinci yarısında burada mədaxil 233 milyard dollar (artım 4,8 faiz) təşkil edib. Ötən il ərzində ABŞ bazarının həcmi 459 milyard dollara (artım 4,6 faiz) çatıb.

 

Servis mədaxilinə görə liderlər üçlüyünə, həmçinin Yaponiya istisna olmaqla Qərbi Avropa və Asiya-Sakit okean regionu daxildir. 2018-ci ildə regionda xərclər müvafiq olaraq 3 faiz (266 milyard dollaradək) və 6,2 faiz (110 milyard dollaradək) yüksəlib.

 

Nizam Nuriyev





Baxış sayı: 448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024