12px13px15px17px
Tarix:20/06/11

“Elektron Yük Gömrük Bəyannaməsi” tətbiq ediləcək

Dövlət Gömrük Komitəsi ölkəmizdə “Elektron Yük Gömrük Bəyannaməsi”ni tətbiq etməyə hazırlaşır.
Bu barədə ICTnews-ə açıqlama verən Dövlət Gömrük Komitəsinin Statistika və informasiya texnologiyaları baş idarəsinin rəisi İqbal Babayev bu layihənin Azərbaycanda elektron imzanın tətbiqindən sonra reallaşacağını bildirdi.”Yük Gömrük Bəyannaməsi”nin formalaşmasında tələb olunan digər dövlət təşkilatlarına aid olan normativ hüquqi aktlar elektronlaşmalı və hüquqi statusa malik olmalıdır. Yalnız bundan sonra “Elektron Yük Gömrük Bəyannaməsi” tətbiq etmək mümkündür. Bu istiqamətdə DGK iş aparır və təkliflər hazırlayır” - deyə o qeyd etdi.



Baxış sayı: 1732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024