12px13px15px17px
Tarix:18/04/19

“Google” servislərinin fəaliyyətində problemlər yaranıb

Əksər ölkələrin sakinləri aprelin 18-nə keçən gecə "Google" axtarış sisteminin və "Gmail" elektron poçtunun işində nasazlıqlarla üzləşiblər. Şikayətlərin əsas hissəsi ABŞ sakinlərindən daxil olub. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən "Downdetector" resursunun məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, əksər istifadəçilər səhifəyə daxil olmaq və servisdən istifadə etmək istəyərkən problemlərlə üzləşib. Nasazlıq Bakı vaxtı ilə saat 01:40-da qeydə alınıb.

 

Amerikalılarla yanaşı, oxşar problemlərlə Rusiya, Ukrayna, Böyük Britaniya, Avstraliya və Yaponiya sakinləri də rastlaşıblar.

 

Nizam Nuriyev





Baxış sayı: 322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024