12px13px15px17px
Tarix:20/04/19

"Azərpoçt"MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar "Azərpoçt"un respublika üzrə bütün şöbələrinə yaxınlaşıb, şəxsiyyət vəsiqəsi və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala biləcəklər. May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.

Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları (BOKT) və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt" MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunacaq. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsi ilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.

Bütün məlumatlar palatanın hazırladığı http://http://www.pk.fimsa.az portalında yerləşdirilib. Bağlanan banklar və BOKT-ların problemli kredit sahibləri isə məlumatları eyni zamanda "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsində "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən də ala bilərlər.

Bu layihədə BOKT-larin, eləcə də ləğv prosesində olan banklarin müştərisi olan fiziki şəxslərə 500 manatadək məbləğdə kompensasiyalarin verilməsi "Azərpoçt" MMC-nin pul köçürmələri xidməti vasitəsi ilə ödəniləcək. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatlarin üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.


Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Plastik kartlar vasitəsilə ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların sahiblərinə göndərilməsi ilə baş tutacaq. Vətəndaş "Azərpoçt" MMC-nin rəsmi saytı vasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən poçt şöbəsinə yaxınlaşıb, zəruri sənədlərə imza atır.

Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər nəinki "Azərpoçt"un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda "Millikart" MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. "Millikart" MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB(Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank,Gunay Bank, NaxçıvanBank, Unibanka məxsusdur.


Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsəslələrdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması "Azərpoçt"un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt" MMC sadəcə icraçı tərəf kimi çıxış edir.


Qeyd edək ki, "Azərpoçt" MMC tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.



Baxış sayı: 1205

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 May 2019

22/05/19
ABŞ-da elektronika döyüş başlıqlı raketlərlə məhv edilir

ABŞ Silahlı Qüvvələri hərbi və mülki elektronikanın məhvi üçün döyüş başlığı ilə təchiz edilən 20 rake

22/05/19
“Honor 20” və “Honor 20 Pro” modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

22/05/19
Milyonlarla “Instagram” istifadəçisinin telefon nömrəsi və elektron poçtu internetdə yerləşdirilib

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərin

21 05 2019

21/05/19
EaPeReg-ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib

Şərq  tərəfdaşlığı ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsi çərçivəsində 

21/05/19
Mühəndislər tamamilə özü öyrənən neyron şəbəkəsinə malik ilk robot təqdim ediblər

Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin alimləri neyron şəbəkəsi sayəsində tamamilə özü öyrən

21/05/19
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Gənclərin və gələcək nəsillərin qlobal şəbəkədəki mövcud və potensial təhdidlərlə bağlı məlumatlandırılması

21/05/19
“Facebook” İsveçrədə maliyyə və texnoloji xidmətlər təşkilatı açıb

ABŞ-ın “Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlərin göstərilməsində ixtisaslaşacaq tör

21/05/19
“Google”un süni intellekti ağciyər xərçəngini həkimlərdən daha yaxşı aşkar edir

Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlə

21/05/19
Yeni “Google Glass” eynəyi “Android” sistemi ilə işləyəcək

“Google” şirkəti “Google Glass” “ağıllı” eynəyinin yeni versiyasını təqdim edib. “Glass Enterprise Edi

21/05/19
“Starship” raketinin prototipləri hazırlanır

ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutu

21/05/19
Analitiklər “Əşyalar interneti” bazarında “5G” texnologiyasının tədricən tətbiqini proqnozlaşdırırlar

2019-cu ildə tərtibatçılara yeni “5G” standartını dəstəkləyən “IoT”-modullar əlçatan olacaq ki, bu da beşi

21/05/19
“Huawei” əməliyyat sisteminin adı məlum olub

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq.

21/05/19
Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsul