12px13px15px17px
Tarix:24/04/19

Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən qlobal sammit keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində "Falcons Summit" adlı qlobal tədbir təşkil olunub. 

"Falcons Summit"in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.

Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.

Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BP şirkətinin  rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən "İnnovaNation" adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb. 

Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.

Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.

26 aprel tarixinədək davam edəcək "Falcons Summit" çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında "B2B" formatında görüşlərin təşkili də nəzərdə tutulur. Bu görüşlərdə 40-dək müxtəlif layihələrin təmsilçiləri öz məhsul və xidmətlərini potensial investorlara təqdim etmək şansı əldə edib.

Tədbir çərçivəsində xarici investorlar üçün sənaye turları da təşkil ediləcək.

Sammitin bu ildən başlayaraq ənənəvi olaraq növbəti illərdə də "Formula-1" Azərbaycan Qran Prisi ərəfəsində keçirilməsi planlaşdırılır.




















Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyul 2019

24/07/19
Yeni “iPhone 11” smartfonu “USB Type-C” konnektoru ilə təchiz edilməyəcək

“iPhone 11” smartfonu yeni prosessorla təchiz ediləcək, lakin “USB Type-C” konnektoru nəzərdə tutulmayıb

24/07/19
Şirkətlərin məlumat sızmasından itkiləri 12 faiz artıb

“IBM” şirkəti tədqiqat apararaq 2019-cu ildə bir məlumat sızmasının dünya şirkətlərinə orta hesabla 3,92

23 07 2019

23/07/19
“Huawei” böyük ekranlı yeni yığcam noutbukunu təqdim edib

“Huawei” şirkəti “Honor MagicBook Pro” adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür

23/07/19
ABŞ Prezidenti texnoloji şirkətlərin rəhbərləri ilə milli təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp “Google”, “Broadcom” və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək

23/07/19
2019-cu ildə virtual köməkçilərə malik qurğuların tədarükü 1,1 milyarda çatacaq

“Futuresource Consulting” tədqiqat şirkəti “Amazon Alexa”, “Google Assistant”, “Apple Siri”

23/07/19
“KaiOS” sistemi üçün “WhatsApp” messenceri istifadəyə verilib

Düyməli telefonlar üçün nəzərdə tutulan “KaiOS” əməliyyat sistemi “WhatsApp” proqramını dəstəkləmə

23/07/19
Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər

“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırı

23/07/19
Dünyada ən güclü smartfon təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon

23/07/19
“NVIDIA” Britaniyada süni intellekt sahəsində tədqiqatlar üçün texnoloji mərkəz açıb

“NVIDIA” şirkəti Böyük Britaniyada süni intellekt sahəsində innovativ tədqiqatların və məlumat analizi me

23/07/19
“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlum